Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı genişləndiriləcək.
"Unikal" xəbər verir ki, bununla bağlı "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanunda dəyişiklik edilir.
Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar da bu siyahıya əlavə ediləcək.
Qeyd edək ki, qanun qəbul ediləcəyi halda 1 iyul 2027-ci ildən qüvvəyə minəcək.
