Abutab Abbasova və Emin İsmayılov Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müavinləri vəzifələrinə təyin ediliblər.
"Unikal" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Qeyd edək ki, Abutab Abbasova 2024-cü ildən indiyədək Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müşaviri vəzifəsini icra edib.
Emin İsmayılov isə təyinatadək SABAH.HUB İnnovasiya Mərkəzinin Strategiya və Layihələrin İdarəolunması departamentində çalışıb.
