Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, 18 yaşlı Müşfiq Fəttayev ürəktutmadan ölüb. Onun meyiti Sumqayıtda tapılıb.
M.Fəttayev Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisası üzrə II kurs tələbəsi idi.
Qeyd edək ki, Müşfiq Fəttayev partiya sədrinin oğlu Mirmehdi Fəttayevin böyük oğludur.
