Yeniliyin ünvanı olan Məlhəm Beynəlxalq Hospital yüksək tibbi standartları, müasir texnologiyaları və peşəkar həkim heyətini bir araya gətirən, sağlamlığınıza qayğı ilə yanaşan çoxprofilli unikal bir səhiyyə müəssisəsidir. Artıq 3 illlik fəaliyyət dövründə yüksək ixtisaslı tibbi heyətin formalaşması, ən son texnologiyaların tətbiqi və səviyyəli tibbi xidmətin təşkilinə görə Məlhəm Beynəlxalq Hospitalın tibb müəssisələri arasında xüsusi yeri vardır.

Belə ki, hospitalda Parkinson mərkəzi, İnsult Mərkəzi, Kardioloji Mərkəz, Arıqlama və endokrin Mərkəzi, Pediatrik Mərkəz, Yuxu Mərkəzi, Süd vəzi xəstəlikləri Mərkəzi, Peyvənd Mərkəzi ilə yanaşı poliklinika şöbəsində müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimlər fəaliyyət göstərir. Respublikamızda ilk dəfə olaraq heç bir xarici həkim cəlb olunmadan “Parkinson” xəstəliyindən əziyyət çəkən 50 xəstəyə yüksək texnologiyaların tətbiqi ilə uğurlu əməliyyatlar həyata keçirilmiş və nəticələrin hamısı sevindiricidir.
Cərrahiyyə Mərkəzi isə yüksək tibbi xidmətlərin göstərildiyi, yüksək ixtisaslı və təcrübəli həkimlərin çalışdığı bir mərkəzdir. Hospitalda ümümi cərrahhiyənin bütün sahələri, bariatrik cərrahiyyə, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, uşaq beyin cərrahhiyyəsi, ürək cərrahiyyəsi, ortopediya və travmatologiya, doğum və ginekologiya, plastik cərrahiyyə mövcuddur.
Poliklinika şöbəsində terapiya, pediatriya, dermatologiya, revmatologiya, alqologiya, fizioterapiya, dietologiya, endokrinologiya, hematologiya, urologiya, kardiologiya, invaziv kardiologiya, radiologiya, invaziv radiologiya, nevrologiya, onkologiya, oftalmologiya, psixiatriya, qastroenterologiya, laboratoriya və digər bölmələr fəaliyyət göstərir.
Hospitalın klinik şöbələri, laboratoriya və diaqnostika bölmələri ən son texnologiya ilə təchiz edilmiş, beynəlxalq standartlara cavab verən tibbi avadanlıqlarla təmin olunmuşdur. Məlhəm Beynəlxalq Hospitalın terapevtik, cərrahi, təcili tibbi yardım, evdə baxım xidməti və həmçinin uşaqlar və böyüklər üçün reanimasiya şöbələri professional tibbi heyəti ilə 24/7 çalışır.
Məlhəm Beynəlxalq Hospitalının Mama-Ginekologiya şöbəsi qadın sağlamlığını təmin etmək məqsədi ilə geniş və müxtəlif xidmətlər təqdim edən, peşəkar həkimlərdən ibarət bir komandaya sahibdir. Bu şöbə yalnız ginekoloji xəstəliklərin müalicəsi ilə məşğul olmaqla kifayətlənmir, eyni zamanda hamiləlik müddətində və sonrasında müşahidələr üçün də geniş xidmətlər təqdim edir..

Tibb sahəsində innovativ yanaşmaları tətbiq edən Məlhəm Beynəlxalq Hospital yalnız ölkəmizin vətəndaşlarına deyil, həm burada yaşayan həm də xaricdən gələn əcnəbilərə də yüksək səviyyəli tibbi xidmət göstərərək medikalturizm sahəsini də genişləndirir.
Bu gözəl missiyada, vətəndaşlarımızın sağlamlığının qorunmasında yeni-yeni uğurlar arzulayırıq.
3 YAŞIN MÜBARƏK, MƏLHƏM HOSPİTAL!
Fərqimiz:
✅ TMS (Transkranial Maqnit Stimulyasiyası) – nevroloji xəstəliklərin innovativ müalicəsi
✅ Parkinson Mərkəzi – ən son üsullarla müalicə və reabilitasiya
✅ Yeni doğulmuşlarda ğrısız, qansız və kəsiksiz qulaq şəkilləndirilməsi – estetik və rahat prosedur
