"Hələ də gənclər arasında siqaretə, xüsusilə elektron siqaretə aludəçilik meyilləri var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 3 komitənin birgə iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib.
"Çox acınacaqlıdır ki, qadınlarımız, qızlarımız bir çox hallarda elektron siqaretdən istifadə edirlər. Bu bizi düşündürür", - deyə komitə sədri bildirib.
Anar Kəlbiyev
