İtaliyanın Toskana bölgəsindəki tarixi Radikondoli şəhəri, boş evlərini doldurmaq və əhalisinin sayını artırmaq üçün yeni sakinlərə maliyyə güzəştləri təklif edir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin nə az, nə də çox cəmi 966 nəfər əhalisi var. 

Şəhər yaşayış xərclərini azaltmaq və uzunmüddətli yaşayışı təşviq etmək məqsədi ilə köçmək istəyənlərə təxminən 30.000 dollar dəstək verir. Lakin köçənlər şəhərdə 10 il yaşamalıdırlar.

Qeyd olunur ki, şəhərdə təxminən 450 ev var, onlardan təxminən 100-ü boşdur. Radikondoliyə köçmək istəyənlər, istər kirayəçilər, istərsə də ev alanlar, maliyyə güzəştlərindən faydalana bilərlər. Kiçik mənzillərin qiyməti təxminən 50.000 avro (60.000 dollar), daha böyük Toskana tipli ferma evlərinin qiyməti isə təxminən 100.000 avro (117.000 dollar) təşkil edir. Məlumata görə, binaların əksəriyyəti kifayət qədər yaxşı vəziyyətdədir, lakin bəzi evlərin təmiri təxminən 10.000 dollara başa gələ bilər.

Gülayə Mecid