06–07 dekabr tarixlərində Sərhədçi İdman Mərkəzində kikboksinq üzrə ənənəvi "Şuşa Kuboku" turniri baş tutdu.

"Unikal" xəbər verir ki, yarış Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, Legioner Kikboksinq İdman Klubunun təşkilatçılığı və Sportdata Azerbaijan komandasının texniki dəstəyi ilə keçirilib.
Turnirə ölkənin 20-yə yaxın rayon və şəhərindən 44 klub və ümumilikdə 455 idmançı qatılıb. Gərgin, peşəkar və rəqabətli mübarizə şəraitində keçən yarış gənc kikboksçuların özünü göstərməsi üçün geniş imkan yaradıb.