"Rusiya və Ukrayna ABŞ-nin vasitəçiliyi ilə 10-11 noyabr tarixlərində Əbu-Dabidə hərbi münaqişənin həlli ilə bağlı yeni danışıqlar raundu keçirəcəklər".

"Unikal" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff "X" sosial şəbəkəsində məlumat yayıb.

Görüş təxminən doqquz aylıq fasilədən sonra üçtərəfli formatda ilk görüş olacaq. Tərəflər hərbi əməliyyatların dayandırılması şərtlərini, təhlükəsizlik zəmanətlərini və humanitar məsələləri müzakirə etmək niyyətindədirlər. Moskva və Kiyev əvvəllər danışıqları bərpa etmək barədə razılığa gəlmişdilər, lakin Vaşinqtonun elan etdiyi tarixləri hələ təsdiqləməyiblər.