OPEC+-in hasilat səviyyələrini hazırkı səviyyədə saxlamaq qərarı neft qiymətlərinin artmasına səbəb olub. 

"Unikal" xəbər verir ki, Brent markalı neftin qiyməti 2% artaraq barel üçün 63,66 dollara, WTI markalı neftin qiyməti isə 2,2% artaraq barel üçün 59,85 dollara çatıb.

WSJ-nin məlumatına görə, OPEC+-in neft hasilatını hazırkı səviyyədə saxlamaq qərarı iki əsas bazar iştirakçısı - Rusiya və Venesuela ətrafındakı geosiyasi qeyri-müəyyənlikdən irəli gəlir.

Qeyd edək ki, OPEC+ 2025-ci ildə neft hasilatını bir neçə dəfə artırmaq qərarına gəlib.