Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin barəsndə qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.
"Unikal"ın məlumatına görə, təqdimat təmin edilib, M. İbrahim barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M.İbrahim Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.
Xatırladaq ki, M.İbrahim Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.
Seymur Əli
