Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinə direktor təyin edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Mehriban Canməmmədovaya həvalə olunub.