Noyabrın 30-u saat 13:00 radələrində xəsarət alması səbəbilə 1990-cı il təvəllüdlü (kişi) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona döş qəfəsinin, ürək nahiyəsinə nüfuz edən kəsilmiş-deşilmiş iti alət yarası, ürəyin tomponadası, daxili qanaxma və hemorragik şok 3-4 diaqnozu təyin edilib.

Pasiyent dərhal cərrahi əməliyyata alınıb. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 14:30 radələrində ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, polisin keçirdiyi tədbirlərlə V.Cəfərova həyat yoldaşı 32 yaşlı Kəsirə Cəfərovanın bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qadın şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.