2025 ci ilin ilk 6 ay ərzində hava nəqliyyatı ilə  ölkəyə 12 322 təyyarə reysi ilə 1 milyon 658 min 738 sərnişin daxil olub.

"Unikal" xəbər verir ki, bunu Hava Nəqliyyatında Baş Gömrük İdarəsini Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli deyib.

O bildirib ki, bu dövr ərzində, daşınan baqajın həcmi isə 1 milyon 305 min 239 ədəd təşkil edib.

Eyni müddət ərzində ölkədən 12 331 təyyarə reysi ilə 1 milyon 597 min 9 sərnişin yola salınıb, daşınan baqajın sayı isə 1 milyon 177 min 893 ədəd olub.

Anar Kəlbiyev