Sverdlovsk Vilayət Məhkəməsi qətldə iştirak etməkdə ittiham olunan Ayaz Səfərov, Bəkir Səfərov və Kamal Səfərovu 29 dekabra qədər məhkəməyəqədər həbsdə saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Sverdlovsk Vilayət Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məzahir Səfərov da 29 dekabra qədər məhkəməyəqədər həbsdə qalacaq. O, əvvəllər həbsindən apelyasiya şikayəti verməyib. Digər təqsirləndirilən şəxslər isə günahlarını inkar edirlər.

Qeyd edək ki, ittihamlara görə, Azərbaycan vətəndaşları 2001, 2010 və 2011-ci illərdə yerli iş adamlarının qətllərində və sui-qəsd cəhdlərində iştirak ediblər.