Tacikistan prezidenti Emoməli Rəhmon MDB dövlət başçılarının dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək görüşündə iştirak edəcək.
"Unikal" xəbər verir ki, o, bu barədə Bişkekdə Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.
"Dekabrın 21-də Sankt-Peterburqda görüşmək üçün dəvətinizi qəbul etməkdən çox məmnunam, çünki biz dostlar ənənəvi olaraq hər il Yeni il qabağı toplaşırıq", - deyə siyasətçi bildirib.
Rəhmon bu cür görüşlərin formatının dəyişməzliyini qeyd edib və dekabr danışıqlarında iştirakını təsdiqləyib.
Gülayə Mecid
