Təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən epizootoloji komissiyanın üzvləri ilə birgə Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yerləşən “Fədək” restoranında monitorinq keçirilib.

Bu barədə "Unikal"a  AQTA-dan məlumat verilib. 

Bildirilir ki, monitorinq zamanı restoranda müəyyən edilmiş quşlara baytar həkim tərəfindən kliniki baxış keçirilib və aidiyyəti üzrə təhvil verilib. Ərazi dezinfeksiya, dezinseksiya və deratizasiya olunaraq müvafiq tədbirlər görülüb.