""Caspel" şirkəti olaraq İT, infrastruktur, informasiya texnologiyalarının bütün sektorları əsasında 20 ildən artıqdır fəaliyyət göstəririk və zamanında davamlı olaraq innovativ layihələrin icrası ilə məşğul olmuşuq, uğurla həyata keçirmişik". 

"Unikal" xəbər verir ki, bunu “2-ci Beynəlxalq Caspian Innovation Forum"da çıxışı zamanı "Caspel" şirkətinin İdarə Heyətinin sədri Ceyhun Quliyev deyib.

O bildirib ki, bu gün "Caspel" şirkəti İT sahəsində tək innovativ icraçı deyil, davamlı dayanıqlı tərəfdaş, eyni zamanda gələcəyə aparan strateji partnyordur.

"İstər kibertəhlükəsizlik sahəsində, istər müasir məlumat mərkəzlərinin hazırlanmasında süni intellekt üzərində qurulan həllər bizim fəaliyyətimizin əsas sektorlarını müəyyən edir. Təbii ki, müasir məlumat mərkəzləri enerji istifadəsində qənaətə, dayanıqlılığa, kiberhücumlardan müdafiə qeydləri formalaşdırır və əsas hədəf bu istiqamətdə götürülür.

Süni intellekt üzərində qurulmuş həllər, təbii ki, proseslərin daha sürətli avtomatlaşdırılmasında və monitorinqlərin aparılmasında real nəticələrin zamanını qısaltmağa önəm verir. Biz bir şirkət olaraq məsuliyyətimizi daha dərindən dərk edirik və qarşımızda nə qədər önəmli vəzifələr, vacib istiqamətdə yerli İT şirkəti olaraq və yerli həllərin təbliği ilə məşğul olan bir qurum kimi nə qədər öhdələndiyimizi hiss edirik və bu məsuliyyətim dərinliyini dərk edirik".

Anar Kəlbiyev