Şəmkirdə 35 yaşlı qadını bıçaqlayan qardaşı tutulub.
"Unikal"ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M. Nəbiyevaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nurlan Musayev saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, hadisə noyabrın 24 də olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 21:31
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərdən birində qeydə alınıb. Çinarlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü M. Nəbiyeva bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Zərərçəkən dərhal əməliyyata alınıb və vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumatlara əsasən, qadını onun 20 yaşlı qardaşı N. Musayev bıçaqlayıb. İddialara görə, hadisənin səbəbi qadının həmin kafedə ofisiant kimi çalışması olub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
