Moskva meri Sergey Sobyanin Rusiyanın paytaxtında dördüncü PUA-nın vurulduğunu bildirib.

"Unikal" xəbər verir ki, mer bu barədə sosial media hesabında yazıb. 

"Moskvaya gedən daha bir PUA məhv edilib. Qəza yerində fövqəladə xidmətlər işləyir", - o deyib . Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, Moskva vaxtı ilə saat 08:00-dan 14:00-a kimi hava hücumundan müdafiə qüvvələri  Rusiyanın vilayətləri üzərində Ukraynanın on pilotsuz təyyarəsini məhv edib.