Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitututun baş elmi işçisi, professor Rauf Cəfərov vəfat edib.

"Unikal" xəbər verir ki,  bu  barədə BDU məlumat yayıb. 

Qeyd olunur ki, Rauf Cəfərov 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Onun tədqiqat sahəsi yüksək enerjilər fizikası, rabitəli sistemlərin kvantlanması, kvant sahə nəzəriyyəsinin qeyri-perturbativ metodları, çoxzərrəcikli tənliklər nəzəriyyəsi, plazma fizikası, nüvə fizikası idi.