“Qəbələ” və “Kəpəz” klubları arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.
Bu barədə "Unikal"a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.
Bildirilib ki, müqavilə müddətinin uzadılmamasını, Gəncə klubunun müraciətini, “Karvan-Yevlax”ın razılıq məktubunu nəzərə alan PFL Misli Premyer Liqasının XIII turundan etibarən “sarı-göylər”in ev oyunlarının Yevlax şəhər stadionunda keçirilməsinə qərar verib.
