Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin bıçaqlanması işi ilə bağlı Türkiyədə saxlanılan Azərbaycan vətəndaşları - Azər Həsənsoyla Elşən Abdulrəhimov azadlığa buraxılıb. 

"Unikal" xəbər verir ki, qərar Antalya məhkəməsinin hökmü ilə çıxarılıb. 

Xatırladaq ki, Araz Musayev mayın 28-də Türkiyədə bıçaqlanıb. Ona boyun və qarın nahiyəsindən iki bıçaq zərbəsi vurulub.

Hadisə İFMA üzrə dünya çempionatının keçirildiyi Antalyada baş verib. Hadisə ilə bağlı 3 Özbəkistan, 2 Azərbaycan vətəndaşı saxlanılmışdı.

FOTODA: Araz Musayev