18.11.2025-ci il tarixində saat 00:20 radələrində 1988-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub. 

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, qarının beldən aşağı hissəsinin və çanağın açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. 

Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

*** 09:02

Gəncədə 37 yaşlı kişini bıçaqlayan şəxs tutulub.

"Unikal"ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində T. İsmayılova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Əhməd Həsənov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***

17 noyabr, saat 23:45

Gəncədə bıçaqlanma hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib. Belə ki 1988-ci il təvəllüdlü Tural İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal o əməliyyat edilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov