“Fənərbağça” hücumçu Troy Parrotun transferi üçün “AZ Alkmaar”la danışıqlara başlayıb.
"Unikal" xəbər verir ki, Niderland klubu 23 yaşlı irlandiyalı forvardın satışından 25 milyon avro qazanmaq istəyir.
Parrot bu mövsüm göstərdiyi performansla diqqətləri üzərinə çəkib. Gənc hücumçu 14 matçda 13 qol və 2 məhsuldar ötürmə ilə çıxış edərək Avropanın bir çox klubunun marağına səbəb olub.
“Fənərbağça”nın yaxın günlərdə rəsmi təklif göndərəcəyi gözlənilir.
