Gədəbəydə qətl hadisəsi olub.

"Unikal"ın məlumatına görə hadisə rayonun Slaviyanka kəndində baş verib. Kənd sakini - 1988-ci il təvəllüdlü R.İlyasov yaşadığı evdə bıçaqlanıb. O aldığı ağır bıçaq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, qətlə yetirilən R.İlyasov atası İlqar İlyasov tərəfindən bıçaqlanaraq öldürülüb. Polis əməkdaşkarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı İlqar İlyasov saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin  baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov