İtaliyalı məşqçi Roberto Mançini Qətərin “Əl-Sədd” klubunun yeni baş məşqçisi təyin olunub.
Bu barədə "Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir.
“Roberto Mançini “Əl-Sədd”in məşqçisi kimi 2,5 mövsümlük müqavilə imzalayıb”, - klubun açıqlamasında deyilir.
“Əl-Sədd” doqquz oyundan 14 xalla Qətər liqasında altıncı yerdədir. “Əl-Qarafa” isə 22 xalla birinci yerdədir.
60 yaşlı Roberto Mançini bundan əvvəl Səudiyyə Ərəbistanı milli komandasını çalışdırıb. O, daha əvvəl İtaliya milli komandasına, “İnter Milan”, “Zenit Sankt-Peterburq”, “Qalatasaray”, “Mançester Siti” və digər klublara baş məşqçilik edib.




.jpg)





.jpg)















.jpg)




.jpg)

.jpg)



.jpg)







.jpg)
.jpg)

.jpg)






