Braziliyanın "San Paulo" komandasında çıxış edən Oscar ürək ritminin pozulması səbəbindən xəstəxanaya yerləşdirilib. 

"Unikal" xəbər verir ki, 34 yaşlı futbolçu xəstəxanaya yerləşdirilməsi idman dünyasını qorxuya salıb. "San Paulo" braziliyalı futbolçunun vəziyyəti ilə bağlı açıqlama yayıb. Klubdan bildirilib ki, futbolçuya ürək ritmində qəfil pozuntu diaqnozu qoyulub. Hazırda onun müalicəsi davam edir.  

Qeyd edək ki, 2017-ci ildə 60 milyon avro qarşılığında "Chelsea"  Futbol Klubundan Çinin "Shanghai Port" komandasına transfer olunan məşhur futbolçu Oscar 2025-ci ilin yanvarında ölkəsinə, Braziliyanın "Sao Paulo" komandasına qayıdıb.