"Barselona"nın hücumçusu Robert Levandovski cari mövsümün sonunda karyerasını başa vura bilər.
"Unikal" xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Bildirilib ki, Levandovskinin Kataloniya təmsilçisi ilə müqaviləsi gələn yaya qədərdir.
Ona Səudiyyə Ərəbistanı klublarından təkliflər gəlsə də, bu, polşalı forvardı cəlb etmir. 37 yaşlı hücumçu "Barselona" ilə 1 mövsümlük müqavilə imzalamaq niyyətindədir. Lakin klub bununla razılaşmasa, o, cari mövsümün sonunda yaşıl meydanlarla vidalaşacaq.
Qeyd edək ki, R.Levandovski 2022-ci ilin yayından "Barselona"nın formasını geyinir. Futbolçu bu mövsüm komanda ilə 11 oyun keçirib və 4 qol vurub.
