Almaniyada 2-ci Bundesliqasında “Kayzerslautern”in formasını geyinən Mahir Emreli klubunun evdə “Herta” ilə qarşılaşmasında zədələnib.
"Unikal" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, futbolçunun zədəsi ciddidir və 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Emreli meydana 63-cü dəqiqədə, hesab açıldıqdan sonra daxil olub. Bu, Mahirin avqustun sonunda keçirilən üçüncü tur matçından bəri klubda ilk oyunu olub. O, 77-ci dədiqədə zədələndikdən sonra 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib.
Xatırladaq ki, “Kayzerslautern” hazırda 20 xalla 7-ci yerdədir.




.jpg)





.jpg)















.jpg)




.jpg)

.jpg)



.jpg)







.jpg)
.jpg)

.jpg)






