Almaniya Bundesliqasının 10-cu turunda "Yunion Berlin" lider "Bavariya"nı qəbul edib.
"Unikal" xəbər verir ki, qarşılaşmada qalib olmayıb.
27-ci dəqiqədə ev sahiblərindən müdafiəçi Danilo Duki hesabı açıb. 38-ci dəqiqədə münhenlilərin qanad oyunçusu Luis Diaz tarazılığı bərpa edib. 83-cü dəqiqədə Duki ikinci qolunu vurub. 90+3-cü dəqiqədə isə qonaqlardan Harri Keyn komandasını məğlubiyyətdən xilas edib - 2:2.
Beləliklə də, "Bavariya" mövsümdə ilk dəfə xal itirib, buna baxmayaraq, 28 xalla birinci yerdə qalıb. "Yunion Berlin" isə 12 xala malikdir və 10-cu yerdədir.








.jpg)




.jpg)















.jpg)




.jpg)

.jpg)



.jpg)







.jpg)
.jpg)

.jpg)



