UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və “Çelsi” (İngiltərə) komandaları arasında keçiriləcək IV tur oyunu üçün start heyətlər açıqlanıb.
"Unikal" UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Kadi Borges, Pedro Bikalyo, Abdullah Zubir (k), Leandro Andrade, Kamilo Duran, Marko Yankoviç.
Baş məşqçi: Qurban Qurbanov.
“Çelsi”: Robert Sançes, Tosin Adarabioyo, Mark Kukurelya, Yorrel Hato, Ris Ceyms, Romeo Laviya, Andrey Santos, Ceymi Qittens, Estevao, Joao Pedro, Tayrik Corc.
Baş məşqçi: Enzo Mareska.
***09:04
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.
"Unikal" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.
Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı (3:2), II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini (2:0) məğlub edib. "Köhlən atlar" III turda İspaniyada "Atletik"ə (1:3) uduzub.
