Paytaxtın Sabunçu rayonunda oğurluq hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10000 manat dəyərində məişət əşyalarının talanmasını bildiriblər. 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.