"Qanun layihəsinin 15-ci maddəsində göstərilmiş icmal büdcənin xərclərinin yuxarı həddinin dəyişdirilməli olduğu qənaətinə gəlmişik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, qanun layihəsinin 15-ci maddəsində göstərilən icmal büdcə xərclərinin yuxarı həddinə yenidən baxılmalıdır:
“İcmal büdcənin tərkibində bəzi qrupdaxili əməliyyatlar nəzərə alınmamalı olsa da, bu məsələ diqqətdən qaçıb. Hesab edirik ki, bu maddə üzrə təkmilləşdirmələrə ehtiyac var”.
Anar Kəlbiyev
