"Manatın məzənnəsi 1.7 manat təsbit edilib. Bundan başqa, dövlət borcumuz cari tarixə 25.4 mlrd manat və ya illik ÜDM-in 19.5%-nə bərabərdir. Bu rəqəm cari ilin əvvəli ilə müqayisədə 2.2 % bəndi daha aşağıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

"İlin sonuna proqnoz 21.8%, 2029-cu ilin sonuna olan proqnoz isə 21.2% kimi müəyyən edilib. Ümumilikdə Azərbaycan dövlət borcunun ÜDM-ə nisbəti göstərici üzrə dünyada ən yaxşı 20 ölkədən biridir və ilk 10-luğa aiddir”, - deyə nazir bildirib.

S.Babayev qeyd edib ki, sosial müdafiə və sosial təminat xərclərimiz növbəti ildə 4.9 mlrd manat və ya 11.7 % kimi proqnozlaşdırılır: “Bu, cari illə müqayisədə 121.2 mln. manat artıqdır. İcmal büdcəyə nəzər saldıqda, sosial müdafiə və sosial təminat xərclərimiz ÜDM-in təqribən 9%-ə bərabərdir. Bu, 2025-ci illə müqayisədə 7.5% artım, yəni 834 mln. manatlıq artımdır. Sosial müavinətlərə 3.2 mlrd. manat, DSMF-yə 1,7 mlrd. manat, ictimai işlər üçün isə 141.2 mln. manat resurs sərfi nəzərdə tutulub".

Anar Kəlbiyev