Xəbər verdiyimiz kimi, Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb. 

"Unikal" xəbər verir ki, M.Emreli dayısı oğlunun ölümündən sonra onunla bağlı sosial media hesabında paylaşım edib. 

Qeyd edək ki, Rayonun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.  O, millimizin futbolçusu Mahir Emrelinin dayısı oğludur.

**09:43

Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb.

"Unikal" APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün 23.00 radələrində rayonun Aşağı Tala kəndində baş verib.

Kənd sakini 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Sabit Ağayev məşhur futbolçu Mahir Emrelinin dayısı oğludur.