"Vest Hem" Mohamadu Kantenin müqaviləsinin müddətini artırıb.

"Unikal" xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Fransalı dayaq yarımmüdafiəçisi ilə 2031-ci ilin 30 iyununa qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, 20 yaşlı futbolçu ötən mövsüm icarə əsasında Fransada "Paris"in formasını geyinib.