Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq.

"Unikal" xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək.

Əvvələcə "Sabah" "Zirə"ni qəbul edəcək. "Zirə" 13 xalla 5-ci, bir oyun az kaçirən "Saba" isə 11 xalla 6-cı pillədə qərarlaşıb. 

Günün və turun son matçında isə "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edəcək.  "Araz-Naxçıvan" 14 xalla 4-cüdür və lider "Qarabağ"dan cəmi 2 xal geri qalır. Mövsümə uğursuz başlayan "Neftçi" isə 8 xalla 9-cu yerdədir.

19 oktyabr (bazar) 

16:00.“Sabah” – “Zirə”
Hakimlər:
 Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
“Bank Respublika Arena”,

18:30. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər:
 Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
“Palms Sports Arena”