"Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar həddindən artıq ciddidir. Yəqin ki, bu ittihamların altını dolduracaq istintaq əməlləri də olacaq".
Bunu "Unikal"a açıqlamasında REAL Partiyasının sədri Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bu addımları həyata keçirmək üçün Ramiz Mehdiyevin komandası olmalı idi:
"Dövlət çevrilişinə cəhd təkbaşına mümkün deyil. Ümid edirəm ki, istintaq bütün bu sirlərin üstünü açacaq. Bu günə qədər baş verən hadisələrə istintaq orqanları aydınlıq gətirəcək və bu işdə əli olanların hamısı cəzalanacaq".
R.Mehdiyevin əmlaklarının müsadirə edilməsi və fəxri adlarının geri alınması məsələsinə gəlincə, partiya sədri qeyd edib ki, əmlak məhkəmə qərarı ilə müsadirə oluna bilər:
"Fəxri adlar Nazirlər Kabinetinin və yaxud Prezidentin fərmanı ilə ləğv edilə bilər. Çox güman ki, istintaqın yekunundan sonra belə qərarlar gözləniləndir".
Anar Kəlbiyev
