Almaniya parlament cəmiyyətində Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunub.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Almaniya parlament cəmiyyətində nüfuzlu hökumət nümayəndələrinin, Bundestaqın, analitik mərkəzlərin və aparıcı KİV-in iştirakı ilə maraqlı müzakirə keçirilib:

"Biz dəyişən regional və qlobal dinamika şəraitində sülhün, sabitliyin və qarşılıqlı əlaqənin möhkəmlənməsində Azərbaycanın mühüm rolunu müzakirə etdik".