Kiyevə “Tomaqavk” qanadlı raketlərinin verilməsi məsələsi NATO-nun müdafiə nazirləri və Ukrayna üzrə Təmas Qrupunun Brüsseldə keçiriləcək görüşündə müzakirə olunmayacaq.
"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte müdafiə nazirlərinin planlaşdırılan görüşünə gedərkən deyib.
Onun sözlərinə görə, bu məsələ sırf ABŞ səviyyəsində həll olunur: "Bu məsələ bu gün müzakirə olunmayaq, çünki bu, ikitərəfli məsələdir. Onları Ukraynaya tədarük edib-etməyəcəyinə bir ölkə qərar verməlidir".
Ağarza Elçinoğlu
