Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüş Kremldə baş tutur.
***11:09
Rusiya prezidenti Vladimir Putin bu gün Rusiyada işgüzar səfərdə olan Suriya prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Oktyabrın 15-də Rusiya prezidenti Vladimir Putin və Rusiyada işgüzar səfərdə olan Suriya Ərəb Respublikasının prezidenti Əhməd əl-Şara arasında danışıqlar aparılacaq", - məlumatda deyilir.
Onu da deyək ki, Suriyanın devrilmiş lideri Bəşər Əsəd də Rusiyadadır. Moskva onu sığınacaqla təmin edib.
Ağarza Elçinoğlu
