"Rusiyanın İrəvan və Bakıya sülh sazişi imzalamaq üçün platforma təqdim etmək təklifi qüvvədə qalır".
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Aydındır ki, planlarımızı həyata keçirmək üçün hələ çox iş görülməlidir. Biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq, qalan fikir ayrılıqlarının aradan qaldırılması üçün İrəvan və Bakıya bütün lazımi yardımı göstərməyə hazırıq", - diplomat bildirib.
Qaluzin Moskvanın İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına xüsusi önəm verdiyini vurğulayıb.
Diplomat iki ölkə arasında münaqişənin həllində Rusiyanın mühüm və effektiv rolunu da qeyd edib.
Ağarza Elçinoğlu
