HƏMAS hərəkatı ABŞ-nin vasitəçiliyi ilə əldə olunan atəşkəs çərçivəsində sağ qalan bütün israilli girovları azad edib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Qeyd olunub ki, Təl-Əvivin “Girovlar Meydanı”nda gözləyən minlərlə insan alqışlayır, qucaqlaşır və ağlayırdı.
Girovların və fələstinli məhbusların azad edilməsi Qəzza razılaşmasının birinci mərhələsinin əsas aspekti idi. Nəşr bildirir ki, bu gün keçiriləcək sammitdə 20-dən çox dünya lideri ABŞ prezidenti Donald Trampın 20 bəndlik sülh planına uyğun olaraq növbəti addımları müzakirə edəcək.
***09:57
Səhər saatlarından Qəzzada əsir və girovların mübadiləsinə başlanılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu israilli əsirləri Qəzzanın şimalında qəbul etməyə hazırdır.
Əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtobusları ilə daşınır.
“Kətaib əl-Qəssam” silahlı qruplaşması bildirib ki, 20 israilli əsiri azad edəcək.
Məlumata görə, İsrail ömürlük həbsə məhkum olunmuş 250 fələstinlini, eləcə də 2023-cü ildə həbs edilmiş 1700 Qəzza sakinini azad etməyi planlaşdırır.
Ağarza Elçinoğlu
