Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə ad günü hədiyyəsini - Valaam mənzərələrinin gözəl tablosunu şəxsən təqdim etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eysmont “Belarus 1” telekanalının efirində bildirib:
“Prezidentimiz razılaşdıqları kimi hədiyyəsini mütləq Rusiya prezidentinə şəxsən təqdim edəcək".
Eysmontun sözlərinə görə, rəsm məşhur Belarus rəssamı Maslenikov tərəfindən xüsusi sifariş edilib.
