Pakistan Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb. Bildirilib ki, tərəflər Yaxın Şərqdəki və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
Nazirlər, eyni zamanda, ərəb-islam ölkələrinin regionda sülh və sabitliyin təşviqi istiqamətində daha geniş səyləri, eləcə də Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək zirvə görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.
Deputy Prime Minister/Foreign Minister Senator Mohammad Ishaq Dar @MIshaqDar50 today spoke with the Foreign Minister of Azerbaijan, Jeyhun Bayramov @Bayramov_Jeyhun.
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) October 11, 2025
They discussed the situation in the Middle East and the humanitarian crisis in Gaza.
The two ministers also… pic.twitter.com/kE9rY4e96H
