Ukraynanın kəşfiyyat xidmətləri Macarıstanın daxili işlərinə qarışır və ölkənin siyasi müxalifətini dəstəkləyir.
"Unikal" xəbər verir ki, bunu ölkənin baş naziri Viktor Orban "X" sosial media səhifəsində yazıb.
Macarıstan hökumətinin başçısının sözlərinə görə, Ukrayna kəşfiyyatı “Tisza partiyasına sızıb”.
"O, ictimai həyata və siyasətə sızdı, müttəfiqlərinə hakimiyyətə gəlmələrinə kömək etmək üçün texnoloji dəstək verdi", - Orban qeyd edib.
