"Prezident İlham Əliyevin Tacikistanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü oldu. Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək olub. Münasibətlərin pisləşməsinə görə məsuliyyəti məhz Rusiya tərəfi daşıyırdı".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin ötən dövrdə apardığı məhz prinsipial və qətiyyətli siyasət nəticəsində Azərbaycan daha bir məqsədinə nail oldu:

"Rusiya tərəfi Azərbaycanın tələbini yerinə yetirdi. Bu həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti böyük uğurudur".

Anar Kəlbiyev