"Sputnik Azərbaycan"ın redaktoru İqor Kartavıx barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.
"Unikal" xəbər verir ki, bu barədə “Rossiya Seqodnya” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselev açıqlayıb.
Məlumata görə, o, hazırda Bakıda ev dustaqlığındadır.
***10:59
Bakıda həbs edilən "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Kommersant”a açıqlamasında deyib.
O, bildirib ki, Rusiya tərəfi də Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.
Gülayə Mecid
