İsrail hökuməti Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsi planını təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat dərc edib.
Qeyd olnur ki, hökumət bütün girovların, hətta sağ qalmayanların da azad edilməsi haqqında sazişi təsdiqləyib. Həmin ərəfədə Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının rəhbəri Xəlil əl-Həyya bəyan edib ki, İsrail hakimiyyəti atəşkəs razılaşması çərçivəsində bütün fələstinli qadın və uşaqları azad edəcək.
Qəzza zolağında atəşkəs oktyabrın 9-da qüvvəyə minib. ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan sazişlərin birinci mərhələsinə əsasən, hər iki tərəfdən bütün girovlar azad ediləcək və İsrail qoşunları razılaşdırılmış xəttə çəkiləcək.
