Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən əvvəl Moskvaya zəng edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Rusiya lideri bu barədə görüş zamanı İlham Əliyevə məlumat verib. O bildirib ki, AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmaya dair əlavə detalların olub-olmamasını soruşub. 

Xatırladaq ki, Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüş keçirilir. V.Putin görüşün təyyarə qəzasının müzakirəsi ilə başlamağı təklif edib.